“Abituriyent” jurnalının 2 ci nömrəsi nəşr edilib

23.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində 2024-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr Azərbaycan və rus dillərində dərc edilib.

Kitabı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, http://www.abiturient.az saytından və “Wolt” mobil tətbiqindən sifariş etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью