Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İmtahan stresinin əsas səbəbləri arasında yüksək gözləntilər, uğursuzluq qorxusu, gələcəklə bağlı qeyri-müəyyənlik və bəzən də valideyn və ya müəllim təzyiqi yer alır.
Abituriyent özünü təkcə imtahana deyil, həm də bir növ “həyat sınağına” hazırlaşdırdığını hiss edir.
Bu isə onun üzərində böyük bir psixoloji yük yaradır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Bu stresi idarə etmək üçün ilk növbədə şəxsi resurslara güvənmək vacibdir.
Yəni şagird öz gücünü, bacarıqlarını və keçmiş uğurlarını xatırlamalıdır. Onun özünə inamı yüksəlməlidir.
İkinci vacib amil düzgün planlama və zaman bölgüsüdür. Çox zaman stress hazırlıq prosesində qarışıqlıq və vaxt çatışmazlığı ilə daha da artı
Ona görə abituriyentlərə məsləhət görürəm ki, sadə, real və mərhələli plan tərtib etsinlər.