Abituriyentin uğuru repetitorun, valideynin zəhmətidir AÇIQLAMA

24.06.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlumat verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür.

Məsələ ilə bağlı Redaktor.az-a danışan "Azərbaycan Təhsili" marifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov bildirdi ki, şagird mövzunu oxuyursa, mövzunun "niyə"sini öyrənmir:

"Məsələn, buraxılış imtahanında riyaziyyatdan imtahan verir. Hər hansı bir Pifaqor teoreminin və yaxud da digər düsturların haradan, necə yarandığını, haradan gəldiyini bilmir. Sonra bu şagird universitetə girir. Bu uşağa 2 il sonra sual ver, heç bir cavab verə bilməyəcək. Çünki oxuduğunun "niyə"sini bilmir. O faktorlar da var".

Onun sözlərinə görə, bütün məktəblərdə şişirdilmiş qiymətlər yazılır:

"İmtahanlarda yüksək nəticə toplayan abituriyentin uğuru isə məktəbin nailiyyəti deyil, o, repetitorun nailiyyətidir. O repetitorun, valideynin zəhmətidir. Ümumiyyətlə, məktəblərdə şəraitin yaradılması məsələsi də boşdur. Yenə qeyd edirəm, problemlərin əsas səbəbi odur ki, şagird oxuduğunu araşdırmır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью