Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Abituriyentlər, həmçinin onların ailələri sosial şəbəkələrdə ixtisas seçimi ilə bağlı çıxış edən insanlara güvənirlər. Xüsusilə "TikTok" şəbəkəsində çoxlu sayda belə mütəxəssis var. Düzdür, bu işin peşəkarları da var".
Redaktor.az xəbər verir ki, bunu "Baku TV"də yayımlanan "Hansı ixtisas?" verlişində təhsil eksperti Məzahir Məmmədli deyib.
"Mən valideynlərə çox tövsiyə edərdim ki, ixtisas seçimində bu işin peşəkarına getsinlər, yaxşı araşdırsınlar. Mən bu işdə iştirak etmirəm. Mən burada ad çəkmək istəmirəm, amma 4-5 nəfəri xüsusi göstərmək olar ki, bu adamlar həqiqətən bu işin peşəkarıdır və onlara müraciət edən adamlar bu işdən əziyyət çəkməzlər. Amma təəssüf ki, bu gün neqativ hallar kütləviləşib. Hərə bir tərəfdən müəyyən maddiyyat əldə edə bilər, ona görə də bu işə çox kütləvi şəkildə girişiblər. Sosial şəbəkələrdə hər adama inanmaq olmaz", - deyə o bildirib.
Aytəkin TOFİQQIZI