Abituriyentlər narahat olmasınlar AÇIQLAMA

21.04.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Martın 9-da keçirilən 11 illik buraxılış imtahanının nəticələri açıqlanıb. Gözləntilər özlərini doğrultdu. İmtahandan dərhal sonra bildirilirdi ki, imtahan çətin olub".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli 9 martda keçirilən 11 illik buraxılış imtahanında 2 nəfərin 300 bal yığmasından və qarşıdan gələn blok imtahanlarının hansı səviyyədə ola biləcəyindən danışarkən qeyd etdi.

Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu il maksimal bal toplayanların sayı çox azdır:

"Elə bilirəm ki, 1 illik tədris ilində nə tədris, nə də repetitorlar o qədər zəifləyib. Proqram həmin proqramdır, yenilik yoxdur. Sadəcə görünən odur ki, Dövlət İmtahan Mərkəzi öz işinə yenidən baxıb və bu sualları bir qədər mürəkkəbləşdirib, çətinləşdirib. Təcrübə də onu göstərir ki, növbəti blok imtahanları da elə sadə ötüşməyəcək. Mən bildiyim qədərilə, imtahanların suallarını, xüsusilə qəbul imtahanlarının test suallarını dəyişmək o qədər də asan deyil. Artıq qabaqcadan təsdiq olunubsa, mən düşünürəm ki, bu mərhələdə bir qədər çətinlik olacaq. Abituriyentlər narahat olmasınlar, ali təhsil müəssisəsini hədəf seçiblərsə, qəbul olunacaqlar. Yerlərin sayı hər il azalmır, əksinə artır. Ona görə də abituriyentlər narahat olmasın. DİM onları nə qədər sıxıb imtahandan nəticəni aşağı salsa da, ümumi nəticədə ali təhsil müəssisələrinə qəbulda mane ola bilməyəcək. Çünki onlar üçün artıq 30-40 aşağı balla qəbul olacaq, onun üçün fərqi yoxdur, yetər ki, tələbə olsunlar".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью