Abituriyentlərin DİQQƏTİNƏ Bu səhvləri etməyin

28.05.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

"Valideynlər universitet imtahanını uşaqlarının həyatındakı ən böyük uğur kimi görürlər".

Bunu News24.az-a açıqlamasında psixoloq Sibel Piriyeva deyib. Onun sözlərinə görə, insanın ən böyük uğuru öz kimliyini tapmaq və bacarıqlarının fərqində olmaqdır:

“Bir çox məşhur və ixtiraçıların ali təhsili olmasa da, uğurlarına çatmalarının səbəbi öz potensiallarının fərqində olmalarıdır. Valideynlərə tövsiyəm odur ki, imtahanlardan əvvəl övladları ilə danışaraq bu nəticələrin 20-25 yaşlarında onların həyatında böyük bir əhəmiyyət kəsb etməyəcəyini izah etmələridir”.

Psixoloq əlavə edib ki, valideynlər övladlarının bilik və bacarıqlarına güvənməli, onları başqaları ilə müqayisə etməməlidirlər:

“Valideynlər övladlarının fərd olduğunu qəbul etməli və ona uyğun yanaşmalıdırlar. Bundan əlavə, imtahandan 2-3 ay əvvəl psixoloji dəstək almaq şagirdlərin həyəcanla mübarizə aparmasına kömək edir. İmtahan həyəcanı şagirdlərdə bir sıra səhvlərə – sürüşdürmə, oxuduğunu xatırlamama, cavabları səhv yazmaq və sairə səbəb olur”.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью