Abituriyentlərinə xəbərdarlıq: qeydiyyat bu gün başa çatacaq! | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq.
Modern.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə (//eservices.dim.gov.az/qabiliyyet) daxil olub qeydiyyatdan keçə bilərlər.
Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub.
Vəsaitlərin elektron versiyasını isə (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur.
Tam oxu
Xəbəri oxu