Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunları başlayır.
Fanat.Az xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "Ordu" "Gəncə"nin qonağı olacaq. Qarşılaşma Gəncə İdman Sarayında baş tutacaq. İlk görüşdə "hərbçilər" üstün olub.
Günün ikinci matçında NTD ilə "Neftçi" münasibətlərə aydınlıq gətirəcəklər. NTD ilk dueldə qalib gəlib.
ABL
1/4 final
16 aprel
14:00. Gəncə - Ordu
Gəncə. İdman Sarayı.
(ilk oyun – 106:108).
19:00. NTD - Neftçi
Bakı. İdman Sarayı.
(ilk oyun – 97:94).
1/4 finalın daha iki oyunu sabah keçiriləcək:
17 aprel
14:00. Şəki - Abşeron Lions
Şəki. Olimpiya İdman Kompleksi
(ilk oyun – 78:109).
19:00. Naxçıvan - Sabah
Bakı. İdman Sarayı.
(ilk oyun – 74:106).
Qeyd edək ki, cütlüklərdə ilk iki qələbə qazanan komandalar qalib olacaq. İki oyunda qalib müəyyənləşməzsə, komandalar üçüncü oyunda bir-biri ilə qarşılaşacaqlar.
Yarımfinalda "Naxçıvan" - "Sabah" cütünün qalibi "Gəncə" - "Ordu" cütünün qalibi ilə qarşılaşacaq. "Şəki" - "Abşeron Lions" cütünün qalibinin finala gedən yoldakı son rəqibi isə "NTD" - "Neftçi" cütünün güclüsü olacaq.