ABL: B qrupunda iki qarşılaşma keçiriləcək İdman və Biz

19.01.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Basketbol Liqasında 11-ci tura yekun vurulacaq.

İdman.biz xəbər verir ki, B qrupunda iki qarşılaşma keçiriləcək.

Əvvəlcə "Şəki" evdə "Quba"nı qəbul edəcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində olacaq.
Hazırda "Şəki" 18 xalla qrupda ikinci pillədədir, beşinci yerdə olan "Quba"nın isə 13 xalı var.

Turun son görüşü Lənkəran Olimpiya İdman Kompleksində olacaq: yerli "Lənkəran" "Gəncə"ni qəbul edəcək.
Gəncə təmsilçisi 17 xalla qrupda üçüncü olsa da, "Lənkəran" 12 xalla sonuncu - altıncı yerdədir.

Hər iki oyun saat 14:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki görüşlərində A qrupunda "Sabah" "Sərhədçi"yə 85:78, NTD "Abşeron"a 87:77, "Neftçi" "Naxçıvan"a 73:63 hesabları ilə qalib gəlib, B qrupunda isə "Ordu" "Sumqayıt"ı məğlub edib - 89:82.

B qrupu
14:00. "Şəki" – “Quba”
“Şəli” OİK
14:00. "Lənkəran" – "Gəncə"
"Lənkəran" OİK

1

Ordu

11

8

3

972-811

19

2

Şəki

10

8

2

976-825

18

3

Gəncə

10

7

3

751-656

17

4

Sumqayıt

11

3

8

922-1054

14

5

Quba

10

3

7

823-876

13

6

Lənkəran

10

2

8

731-924

12

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью