ABL: Bu gün bir oyun keçiriləcək

14.01.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış bir oyun keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunda "Naxçıvan" "Abşeron"la üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.

Hazırda "Naxçıvan" qrupda 16 xalla ikinci pillədə qərarlaşıb. Beşinci olan "Abşeron"un isə 13 xalı var.

Qeyd edək ki, B qrupunun təxirə salınmış matçları sabah keçiriləcək. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman kompleksində başlayacaq. Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью