ABL: Bu gün daha 3 pley in oyunu keçiriləcək

14.04.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Basketbol Liqasında növbəti oyunlar keçiriləcək.

Fanat.Az xəbər verir ki, pley-in mərhələsinin ikinci matçları keçiriləcək.

Günün ilk matçında "Quba" "Ordu"nu qəbul edəcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə "hərbçilər" qalib gəlib - 91:83. 

NTD və "Abşeron" arasında matç "Sərhədçi" İdman Mərkəzində baş tutacaq və saat 18:00-da başlayacaq. Birinci dueldə "Abşeron" qələbə qazanıb - 88:74.

Eyni məkanda saat 21:00-da "Sərhədçi" ilə "Sumqayıt" münasibətlərinə aydınlıq gətirəcəklər. İlk görüşdə "Sərhədçi" üstün olub - 123:97.

Qeyd edək ki, pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa vəsiqə qazanacaq. Digər cütdə “Lənkəran”a 2 dəfə qalib gələn “Gəncə” pley-offa yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью