ABL: Bu gün III turun daha iki qarşılaşması baş tutacaq

18.10.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Basketbol Liqasının (ABL) III turunda bu gün növbəti görüşlər keçiriləcək. Sport24.az xəbər verir ki, "Sabah" Şəki" ilə üz-üzə gələcək.

Qarşılaşmaya saat 14:30-da start verləcək. "Sabah" 4 xalla A qrupunun lideridir. 2 xala malik "Şəki" isə 5-ci yerdə qərarlaşıb.

"Sumqayıt" isə "Quba" ilə görüşəcək. Bu matç isə saat 16:30-da başlayacaq. "Quba" B qrupunda 3 xalla 4-cü pillədə yer alıb. 2 xala malik "Sumqayıt" sonuncu - 6-cı yerdədir.

Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" isə "Sərhədçi"ni (85:73) üstələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью