ABL: Bu gün müntəzəm mövsüm yekunlaşacaq

06.04.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turuna yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, ilk olaraq "Sabah" "Naxçıvan"la üz-üzə gələcək.

Bakı İdman Sarayında baş tutacaq görüş saat 12:30-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə "Gəncə "Sumqayıt"la üz-üzə gələcək. Saat 14:00-da start götürəcək matç Gəncə İdman Sarayında baş tutacaq.

A qrupuna 34 xalla "Sabah" başçılıq edir. Onları 34 xalla "Naxçıvan" izləyir.

B qrupunda isə "Gəncə" 33 xalla ikincidir. 27 xalı olan "Sumqayıt" dördüncü sırada yer alıb.

Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" isə NTD-ni 103:77 hesabı ilə məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью