ABL: Bu gün XV tur yekunlaşır

01.02.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XV tur yekunlaşır. Sport24.az xəbər verir ki, hesabat həftəsinin sonuncu oyun günündə A qrupunda yer alan komandalar üz-üzə gələcək.

Gəncədə keçiriləcək qarşılaşmada şəhərin eyniadlı təmsilçisi" "Şəki"ni qonaq edəcək. Matçın start fiti saat 14:00-da səslənəcək. Paytaxtda isə NTD - "Neftçi" oyunu baş tutacaq. Bu görüş saat 18:00-a planlaşdırlıb. 

"Neftçi" bu qrupda 20 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan "Gəncə" dördüncü sıradadır. Beşinci yerdəki "Şəki"nin, altıncı mövqedəki NTD-nin 16 xalları var.

Qeyd edək ki, XV turda "Ordu" "Lənkəran"ı (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" "Sumqayıt"ı (98:94), "Sabah" "Abşeron Lions"u (117:96) məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью