ABL: Fasilə qonşuların dueli ilə başa çatır

26.02.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Milli komandaların görüşləri ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Basketbol Liqası bərpa olunur.

Fanat.Az xəbər verir ki, bu gün 15-ci tur start götürəcək.

Turun ilk oyun günündə bir matç baş tutacaq. A qrupunda keçiriləcək yeganə qarşılaşmada turnir cədvəlindəki qonşular “Neftçi” və “Abşeron” qarşılaşacaq. Hesabında 20 xalı olan və 3-4-cü yerləri bölüşən komandalar arasındakı oyun Bakı İdman Sarayında təşkil olunacaq və saat 19:00-da başlayacaq.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью