ABL: Final seriyasının dördüncü matçı BAŞLAYIR

08.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" arasında final seriyasının dördüncü matçı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

İndiyə qədər tərəflər arasında 3 oyun baş tutub. Bu qarşılaşmalardan ikisində "Sabah", birində isə "Neftçi" qələbə qazanıb.

Tərəflər arasında 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Bu matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью