ABL: Gəncə cari mövsüm ilk dəfə uduzdu

07.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Gəncə" Azərbaycan Basketbol Liqasının cari mövsümündə ilk dəfə məğlub olub.

Fanat.Az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv V turda "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 85:79.

Gəncə klubu hazırda B qrupunda 9 xalla liderdir. Xallarının sayını 6-ya çatdıran "Sumqayıt" sonuncu-altıncı sıradadır.

Qeyd edək ki, turun əvvəlki dörd matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56), "Sabah" "Naxçıvan"a qalib gəlib. "Şəki" - "Lənkəran" oyunu isə dekabrın 8-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью