Icma.az, sport24.az saytına istinadən bildirir.
Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) VII turunda daha bir oyun keçiriləcək. Sport24.az xəbər verir ki, "LANDAU Lions" "Gəncə"ni qonaq edir.
Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.
"LANDAU Lions" turnir cədvəlində 7 xalla 5-ci pillədə yer alıb. Eyni xala malik Gəncə təmsilçisi yeddincidir.
Qeyd edək ki, turun ilk matçında "Sabah" "Neftçi"ni 93:78 hesabı ilə məğlub edib.