ABL: İlin ilk oyunları keçiriləcək

08.01.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Basketbol Liqasında bu gün XII tura start veriləcək.

Apaspor.az xəbər verir ki, turun ilk oyun günündə B qrupunda iki görüş keçiriləcək.

Saat 15:00-da "Quba" "Ordu" ilə üz-üzə gələcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində baş tutacaq. "Ordu" 22 xalla qrup lideridir. 15 xala malik "Quba" dördüncüdür.

Saat 20:00-da isə "Sərhədçi" "Lənkəran"ı sınağa çəkəcək. Bu matç "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. "Sərhədçi" hazırda 15 xalla üçüncüdür. 14 xala malik "Lənkəran" isə sonuncu - 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, XII tura yanvarın 11-də yekun vurulacaq.

Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub ABL: Daha iki qarşılaşma baş tutub ABL: “Sabah” “Gəncə”ni məğlub edib ABL: Bu gün daha üç oyun keçiriləcək ABL "Sabah" - "Abşeron Lions" oyununun hakimlərini cəzalandırıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью