ABL: Lider meydan sahiblərinə qarşı, Neftçi nin Gəncə sınağı

03.12.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Bu gün Azərbaycan Basketbol Liqasında 8-ci tur start götürəcək.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış günündə iki oyun baş tutacaq. 

Startda B qrupunun lideri "Ordu" “Sərhədçi”nin qonağı olacaq. Meydan sahibləri 7 turdan maksimum nəticəylə ayrılan "hərbçilər"i büdrətməyə çalışacaq. 

Günün digər qarşılaşması da "Sərhədçi"də baş tutacaq. "Neftçi" "Gəncə"ni qəbul edəcək. "Ağ-qaralar" üst mərhələdəki qonşusu üzərində qələbə qazanmaqla, üçüncü pilləyə yüksələ bilər. 

Azərbaycan Basketbol Liqası
8-ci tur 
3 dekabr

17:00. Sərhədçi - Ordu
Bakı. "Sərhədçi" İdman Mərkəzi.

20:00. Neftçi - Gəncə
Bakı. "Sərhədçi" İdman Mərkəzi.

Turun digər oyunları görüşlərinin oyun cədvəli belədir:

4 dekabr

17:00. Abşeron Lions - NTD 
Bakı. "Sərhədçi" İdman Mərkəzi.

20:00. Naxçıvan - Lənkəran
Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

5 dekabr

15:00. Quba - Sumqayıt 
Quba. Olimpiya İdman Kompleksi.

17:00. Şəki – Sabah
Şəki. Olimpiya İdman Kompleksi.

A qrupu

1. Sabah 7 7 0 +162 14
2. Abşeron Lions 7 6 1 +64 13
3. Şəki 6 2 4 -58 8
4. Gəncə 6 2 4 -36 8
5. Neftçi 5 2 3 +29 7
6. NTD 7 0 7 -161 7

B qrupu

1. Ordu 7 7 0 +139 14
2. Naxçıvan 7 5 2 +21 12
3. Lənkəran 7 3 4 -11 10
4. Sərhədçi 7 2 5 -32 9 
5. Quba 7 2 5 -38 9
6. Sumqayıt 7 2 5 -79 9

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью