Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, B qrupunun matçında "Quba" ilə qarşılaşan "Naxçıvan" 82:70 hesabı ilə qalib gəlib.
Qarşılaşma Bakı İdman Sarayında baş tutub.
Qeyd edək ki, turun ötən gün baş tutan "Lənkəran" - "Ordu" qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63.
Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.