Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Basketbol Liqasının yarımfinal oyunları davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün start götürən mərhələnin ikinci günündə daha bir görüş keçiriləcək.
Bu gün "Abşeron Lions" və "Neftçi" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün baş tutan "Sabah" - "Gəncə" matçında "bayquşlar" 96:67 hesabı ilə qalib gəlib.
Komandalar arasında ikinci oyunlar 25-26 apreldə keçiriləcək.
Azərbaycan Basketbol Liqası
Yarımfinal
23 aprel
19:00. "Abşeron Lions" - "Neftçi"
Bakı. İdman Sarayı.