ABL: Neftçi Abşeronla üzüzə

04.12.2024

Icma.az bildirir, Apasport portalına istinadən.

Azərbaycan Basketbol Liqasının V turunda bu gün daha iki oyun keçiriləcək.

Apasport.az xəbər verir ki, hər iki qarşılaşma A qrupunda olacaq.

Əvvəlcə NTD “Sərhədçi” ilə üz-üzə gələcək. Sərhədçi İdman Mərkəzində baş tutacaq görüş saat 15:30-da başlayacaq. “Neftçi” isə “Abşeron”la qarşılaşacaq. Eyni məkanda gerçəkləşəcək bu oyunun start fiti saat 19:00-da səsləndiriləcək.

Hazırda “Sərhədçi” 6 xalla üçüncüdürsə, “Abşeron”la NTD 5 xalla müvafiq olaraq dörd və beşinci pillələrdə yer alıb. 6-cı yerdə qərarlaşan “Neftçi”nin isə 4 xalı var.

Qeyd edək ki, V turun dekabrın 3-də keçirilən “Ordu” - “Quba” görüşü qonaqların 101:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Amit Quluzadə: "Meydanda ciddi fərq görünmədi" Millimizin üzvü oynadı, komandası xal itirdi İdmançımız Türkiyədə qızıl medal qazanıb Azərbaycan Kuboku: "Neftçi" və "Qarabağ" mübarizəyə başlayır - YENİLƏNİR Kurban Berdıyev: "Penaltilər seriyası lotoreyadır"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью