ABL: Neftçi Şəki ilə qarşılaşır

15.11.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasında VII tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün tur çərçivəsində daha bir oyun keçiriləcək.

A qrupunda "Şəki" evdə "Neftçi" ilə üz-üzə gələcək.

Görüş Şəki Olimpiya İdman Kompleksində baş tutacaq və saat 14:00-da start götürəcək. 

"Şəki" hazırda 8 xalla qrupda 3-cü pillədə qərarlaşıb. 7 xala malik "Neftçi" isə 4-cü yerdədir.

Qeyd edək ki, turun əvvəlki günlərdə baş tutan görüşlərində "Lənkəran" "Sərhədçi"ni 83:78, "Naxçıvan" isə "Sumqayıt"ı 116:99 hesabı ilə məğlub edib. 

Azərbaycan Basketbol Liqası
7-ci tur
15 noyabr

14:00. Şəki – Neftçi
Şəki. Olimpiya İdman Kompleksi.

Turun qalan oyunları sabah baş tutacaq:

16 noyabr

14:00. Gəncə - Abşeron Lions
Gəncə. Olimpiya İdman Kompleksi.

14:00. Ordu – Quba
Bakı. İdman Sarayı.

18:00 NTD – Sabah
Bakı. İdman Sarayı.

A qrupu

1. Sabah 6 6 0 +139 12
2. Abşeron Lions 6 5 1 +46 11
3. Şəki 6 2 4 -58 8
4. Neftçi 5 2 3 +29 7
5. Gəncə 5 2 3 -18 7
6. NTD 6 0 6 -138 6

B qrupu

1. Ordu 6 6 0 +124 12
2. Naxçıvan 7 5 2 +21 12
3. Lənkəran 7 3 4 -11 10
4. Sərhədçi 7 2 5 -32 9
5. Sumqayıt 7 2 5 -79 9
6. Quba 6 2 4 -23 8

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью