ABL: Neftçi Sərhədçiyə, Ordu Lənkərana qarşı

25.12.2024

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Azərbaycan Basketbol Liqasında IX tur davam edir. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha iki oyunu keçiriləcək.

İlk olaraq B qrupunda qərarlaşan "Ordu" "Lənkəran"la üz-üzə gələcək. Matç saat 16:00-da start götürəcək.

Bölgə təmsilçisi 10 xalla beşinci, "Ordu" 13 xalla üçüncü pillədə qərarlaşıb.

A qrupunda isə "Neftçi" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcək. Bu görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 10 xalla beşinci, "Sərhədçi" 12 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün "Sabah" NTD-yə qalib gəlib - 94:68. 

Tura dekabrın 27-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью