ABL: Neftçi yenə uduzdu

10.12.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Neftçi" cari mövsüm Azərbaycan Basketbol Liqasında keçirdiyi 6-cı oyunda da uduzub.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan Bakı təmsilçisi VI turda "Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 83:72.

Xallarının sayını 11-ə çatdıran "Naxçıvan" 1-ci pillədə qərarlaşıb. 6 xalı olan "Neftçi" sonuncu - altıncıdır.

Qeyd edək ki, günün digər matçında "Sabah" "Sərhədçi"nin müqavimətini qırmağa çalışacaq. Turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью