ABL: NTD Sumqayıt ilə qarşılaşır

02.10.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Basketbol Liqasında 1-ci tur davam edir.

Fanat.Az-ın məlumatına görə, bu gün daha bir görüş baş tutacaq.

çərşənbə günü start götürən açılış turu çərçivəsində NTD ilə "Sumqayıt" qarşılaşacaq.

Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun ilk oyununda son çempion "Sabah" "LANDAU Lions"a 84:74 hesabı ilə qalib gəlib.

ABL
1-ci tur
2 oktyabr

19:00. NTD - "Sumqayıt"
Bakı, İdman sarayı.

Xatırladaq ki, 1-ci turun digər oyunları 3 ("Ordu" - "Gəncə") və 4 oktyabrda ("Naxçıvan" - "Neftçi") baş tutacaq.  "Naxçıvan" - "Neftçi" matçı Bakı klubunun avrokubok təqvimində dəyişiklik olacağı halda, təxirə salına bilər.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью