ABL: Ordu Lənkəran ı məğlub etdi

18.03.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Basketbol Liqasının XIX turunda daha bir matç baş tutub.

Fanat.Az xəbər verir ki, B qrupunda “Ordu” “Lənkəran”ı yenib.

“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma Alberto Blankonun rəhbərlik etdiyi kollektivin 87:65 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" "Quba"nı 112:103 hesabı ilə məğlub edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью