ABL: Pley in mərhələsi bu gün başlayır

10.04.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə bu gün start veriləcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Gəncə" evdə "Lənkəran"la üz-üzə gələcək. Gəncə İdman Sarayında keçiriləcək qarşılaşmanın start fiti saat 14:00-da səsləndiriləcək.

1/8 finalın digər görüşü Abşeron Olimpiya İdman Kompleksində "Abeşron"la NTD arasında reallaşacaq. Görüş 19:00-da başlayacaq.

Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunlarına aprelin 11-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью