ABL: Sabah əsas izləyicisi ilə qarşılaşır

31.03.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə bu gün yekun vurulur.

Fanat.Az xəbər verir ki, XX turun bağlanış matçı A qrupunun liderləri "Sabah" ilə "Abşeron Lions" arasında baş tutacaq. 

Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək və saat 19:00-da start götürəcək.

"Sabah" A qrupunda 37 xalla liderdir. Rəqibindən bir xal az toplayan "Abşeron Lions" ikinci pillədə qərarlaşıb.

ABL
XX tur
31 mart

19:00. Sabah – Abşeron Lions 
Bakı. İdman Sarayı.

Turunturun əvvəlki qarşılaşmalarında "Sərhədçi" "Sumqayıt"ı (93:89), "Ordu" "Lənkəran"ı (107:65), "Naxçıvan" "Quba"nı (103:96), "Gəncə" "Şəki"ni (84:73), "Neftçi" NTD-ni (93:83) məğlub edib.

A qrupu

1. Sabah 19 18 1 +438 37
2. Abşeron Lions 19 17 2 +183 36
3. Neftçi 20 10 10 +22 30 
4. Gəncə 20 9 11 -36 29
5. NTD 20 3 17 -299 23
6. Şəki 20 2 18 -308 22

B qrupu

1. Ordu 20 18 2 +362 38
2. Naxçıvan 20 16 4 +153 36
3. Sərhədçi 20 8 12 -84 28
4. Sumqayıt 20 7 13 -132 27
5. Quba 20 7 13 -62 27 
6. Lənkəran 20 4 16 -251 24

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью