ABL: Sabah Neftçini qəbul edir YENİLƏNİR

17.12.2024

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, əvvəlcə NTD "Naxçıvan"la üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" - "Neftçi" görüşü isə saat 20:00-da start götürəcək. A qrupunun hər iki oyunu "Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək.

"Sabah" 12 xalla qrupda birinci, "Naxçıvan" 11 xalla ikinci pillədə qərarlaşıb. Beşinci olan NTD-nin 7 xalı var. "Neftçi" isə 6 xalla sonuncu - altıncıdır.

B qrupunda bir oyun reallaşacaq. "Lənkəran" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Qarşılaşma Sumqayıt Olimpiya İdman Mərkəzinin meydanında, saat 15:00-da start götürəcək. Hazırda "Lənkəran" 8 xalla beşincidir. Qrup sonuncusu olan "Sumqayıt"ın 7 xalı var.

Qeyd edək ki, turun digər oyunları dekabrın 18-də keçiriləcək.

Georgi Kondruseviç: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil" ABL: "Gəncə" "Lənkəran"ı məğlub edib "Lənkəran"da ayrılıq Azərbaycan Basketbol Liqasında daha bir görüş keçiriləcək Tahir Baxşıyev: “Ruhdan düşmək olmaz”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью