ABL: Şəki Ordu nu yendi

26.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son oyununda "Şəki" "Ordu"nu qəbul edib.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 87:74.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "Şəki" B qrupunda liderdir. 20 xala malik olan qonaqlar üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Abşeron" "Sərhədçi"ni (86:79), "Sabah" "Neftçi"ni (75:65), "Sumqayıt" "Lənkəran"ı (93:90), "Gəncə" "Quba"nı (96:78), NTD isə "Naxçıvan"ı (90:70) məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью