ABL: Sərhədçi Sumqayıt a qarşı

14.04.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha üç oyunu bu gün keçiriləcək.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Quba" "Ordu"nu qəbul edəcək.

Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə "hərbçilər" qalib gəlib - 91:83.

Ardınca NTD və "Abşeron" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Matç Sərhədçi İdman Mərkəzində, saat 18:00-da başlayacaq. Birinci dueldə "Abşeron" qələbə qazanıb - 88:74.

Saat 21:00-da eyni arenada "Sərhədçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. İlk görüşdə birincilər inamlı qalibiyyət əldə edib - 123:97.

“Sumqayıt”dan əzmkar qələbə “Abşeron”un baş məşqçisi: “NTD çox forumda olan komandadı” ABL: “Abşeron” NTD-ni məğlub etdi “Ordu”nun basketbolçusu: “Quba”ya qarşı oyunda çox diqqətli olmalıyıq” “Abşeron” - NTD matçı təxirə salınıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью