ABL: Sumqayıt Lənkərana qalib gəldi

17.12.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

Azərbaycan Basketbol Liqasının VII turunda "Sumqayıt" öz meydanında "Lənkəran"ı məğlub edib.

Fanat.Az xəbər verir ki, B qrupunda gerəkləşən oyunda ev sahibləri 108:99 hesabı ilə qalib gəliblər.

Bu nəticədən sonra hər iki komandanın xallarının sayı 9-a çatıb.

Qeyd edək ki, hazırda A qrupunda yer alan NTD və "Naxçıvan" kollektivləri qarşılaşır. Günün son matçında isə "Sabah" "Neftçi" ilə üz-üzə gələcək. Turun digər oyunları dekabrın 18-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью