Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçirilib.
Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında NTD ilə qarşılaşan "Sumqayıt" 111:94 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, mövsümün ilk oyununda "Sabah" "LANDAU Lions"u məğlub edib - 84:74.
Digər qarşılaşmalar 3 və 4 oktyabrda keçiriləcək. "Naxçıvan" - "Neftçi" görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.