Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun keçiriləcək.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında "Abşeron Lions" "Sabah"la qarşılaşacaq.
Qarşılaşma saat 18:00-da başlayacaq.
Günün ikinci matçında isə "Sumqayıt" doğma meydanda "Sərhədçi"ni qəbul edəcək. Qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.
A qrupunda "Sabah" və "Abşeron Lions" müvafiq olaraq 27 xalla birinci və ikinci pillələri bölüşürlər. B qrupunda isə "Sumqayıt" 19 xalla dördüncü, "Sərhədçi" isə 18 xalla sonuncu - altıncıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Lənkəran" - "Ordu"nu (103:63), "Naxçıvan" isə "Quba"nı (82:70) məğlub edib.
Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.
ABL: “Neftçi” “Sabah”a məğlub olub ABL: "Sabah" "Neftçi" ilə üz-üzə ABL: XIV tura yekun vurulacaq "Şəki" sabiq basketbolçusunu geri qaytarıb "Quba" "Lənkəran"ı məğlub edib