ABL: Üç dövrədən sonra A və B qruplarına region klubları başçılıq edir

01.03.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun son oyunu ilə 3-cü dövrəyə yekun vurulub.

Apasport.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yerli komanda "Lənkəran"ı qəbul edib.

Oyun "B" qrupunun güclü klublarından sayılan "Şəki"nin 81-75 hesablı qələbəsi ilə bitib.

Geridə qalmış 15 turdan sonra  "A" qrupuna "Naxçıvan", "B" qrupuna isə "Gəncə" klubu liderlik edir.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü sonuncu dövrəyə 3 martdan etibarən start veriləcək.

NBA: "Pelikans"dan qələbə, "Leykers” məğlub oldu ABL: "Naxçıvan" liderlə münasibətlərə aydınlıq gətirəcək “Ordu” və “Gəncə”dən qələbə "Naxçıvan"da yeni legioner Şəhriyar Əsgərov: “Bugünkü matça tam hazırıq"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью