ABL: XI tur başa çatdı

19.01.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasında XI tur başa çatıb.

Fanat.Az xəbər verir ki, turun son matçları B qrupunda keçirilib.

"Şəki" evdə "Quba"nı qəbul edib. Şəki Olimpiya İdman Kompleksində baş tutan görüşdə meydan sahibləri qələbə qazanıb - 78:56.

"Gəncə" isə səfərdə "Lənkəran"la qarşılaşıb. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən oyun Gəncə təmsilçisinin qələbəsi ilə nəticələnib - 79:66.

Qeyd edək ki, turun əvvəlki görüşlərində A qrupunda "Sabah" "Sərhədçi"ni 85:78, NTD "Abşeron"u 87:77, "Neftçi" "Naxçıvan"ı 73:63 hesabı ilə məğlub edib. B qrupunda isə "Ordu" "Sumqayıt" üzərində qələbə qazanıb - 89:82.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью