ABL: XII tura yekun vurulur

26.01.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Basketbol Liqasında XII tura bu gün yekun vurulacaq.

Apasport.az xəbər verir ki, sonuncu oyunda "Şəki" "Ordu"nu qəbul edəcək.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 20 xalla ikinci, "Ordu" 19 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Abşeron" "Sərhədçini" (86:79), "Sabah" "Neftçi"ni (75:65), "Sumqayıt" "Lənkəran"ı (93:90), "Gəncə" "Quba"nı (96:78), NTD isə "Naxçıvan"ı (90:70) məğlub edib.

NBA-da növbəti oyunlar keçirilib "Neftçi"nin məşqçisi: "Sabah"la qarşılaşma çox çətin oldu" ABL: "Sumqayıt"ın "Lənkəran" sınağı ABL: “Neftçi” məğlub oldu NBA: "Timbervolves"dən səfər qələbəsi, "Seltiks" overtaymda sevindi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью