ABL: XIII tura bu gün start veriləcək

31.01.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Basketbol Liqasında XIII tura bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə A qrupunda iki qarşılaşma keçiriləcək.

"Sərhədçi" - "Naxçıvan" və "Abşeron" - "Sabah" matçları saat 19:00-da start götürəcək. Oyunlar müvafiq olaraq "Sərhədçi" İdman Mərkəzində və Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək.

"Sabah" 12 turdan sonra 22 xalla A qrupunda liderdir. "Naxçıvan" 20 xalla ikinci, "Abşeron" 17 xalla üçüncü, eyni xala malik "Sərhədçi" beşincidir.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

Azərbaycan kuboku: “Neftçi” və “Gəncə”dən qələbə Anar Hacıyev: "Müdafiədə çoxlu səhvlər etdik" "Gəncə"nin baş məşqçisi: "Kubokda yolumuza davam etməyə layiqik" NBA: Alperen Şengündən dabl-dabl Avropa çempionatı: Millimizin rəqibləri bilindi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью