Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Birliyinin Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" "fəaliyyətləri"ni davam etdirirlər.
Axar.az xəbər verir ki, bununla bağlı Ordu.az-a yeni görüntülər daxil olub.
Məlum olub ki, saat 10:25-də Zəngilan rayon Ağkənd kəndi istiqamətində, Qafan Aeroportunun ərazisinə Sünik kəndi istiqamətindən AB-yə məxsus 2 ədəd "Toyota" markalı nəqliyyat vasitəsinin gəlməsi və içindən 4 nəfər AB-nin əməkdaşının düşməsi (1 nəfər qadın) bizim ərazini müşahidə etməsi görüntülənib.
Saat 11:20-də Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı minik avtomobillərinin gəlməsi, avtomobillərdən 5 nəfər Aİ-nin əməkdaşlarının düşməsi, müşahidə cihazı ilə ərazilərimizi müşahidə etmələri qeydə alınıb.
Quşçu Ayrım kəndi istiqamətində isə saat 11:00-də sərhəddə, Tiflis-İcevan magistral yolunda 3 ədəd nəqliyyat vasitəsinin dayanması və 3 nəfər AB əməkdaşının ərazini müşahidə etməsi müşahidə olunub.
Sözügedən kənd istiqamətində saat 12:40-da Tiblisi-İcevan magistral yolunda AB-yə məxsus 2-ədəd nəqliyyat vasitəsinin dayanması və 6 nəfər əməkdaşın bizim ərazilər istiqamətində çəkiliş və müşahidə aparması müşahidə olunub.
AB-yə məxsus olan 2 ədəd "Jeep" markalı avtomobil sərhəddin digər istiqamətində 5 şəxsin Azərbaycan ərazisini müşahidə etməsi qeydə alınıb.