Abort üçün istifadə olunan preparat xərçəngi müalicə edir

14.10.2026

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hamiləliyin pozulması üçün istifadə olunan mifepriston preparatı xərçəng əleyhinə təsirə malikdir. Bunu Çin alimləri aşkar ediblər.

Xarici mətbuatın məlumatına görə, alimlər tərəfindən aparılan araşdırmalar göstərib ki, mifepriston süd vəzi xərçənginin gecikmiş mərhələləri zamanı çox effektlidir.

Alimlər siçanlar üzərində eksperimentlər aparıblar. Eksperimentlər göstərib ki, mifepriston xərçəng hüceyrələrinin bölünməsi və yaşaması üçün vacib olan zülala təsir edir. Nəticədə xərçəng hüceyrələrinin inkişafı ləngiyir.

Alimlər eksperimentləri davam etməyi planlaşdırırlar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью