Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Azərbaycanda abortların sayı 15 ildə 3,5 dəfədən çox artıb.
Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, Azərbaycanda 2025-ci ildə 95 344 abort qeydə alınıb.
2010-cu ildə bu göstərici 26 801 olub. Beləliklə, 15 il ərzində qeydə alınan abortların sayı 68 543 artıb.
Ötən il abortların 3 246-sı 20 yaşadək qadınların payına düşüb. Onlardan 66-sı 15–17 yaşlı qızlar olub.
Fəridə, Bizim.Media