Icma.az, Azvision portalına istinadən məlumat yayır. AzVision.az xəbər verir ki, amerikalı sahibkarın bioqrafı “X” sosial şəbəkəsində belə p
“İlon Maskın dəli ola biləcəyini düşünməyim əsassız deyil. Mən Maskın son iki il ərzində onlayn davranışını izləyən bioqrafıyam.
Onun psixi xəstəlik, ağır narkotik maddələrdən istifadə etdiyi və həddindən artıq stress keçirdiyi barədə etirafını nəzərə alsaq, indi onun dərin xəstə olmasından ehtiyatlanmaq üçün əsas var”, - Abramson bildirib.
Abramsonun fikrincə, Maskın sivilizasiya üçün əhəmiyyətli sənaye sahələri olmasaydı, belə vəziyyət narahatlıq doğurmazdı.
- Ancaq Maskın prezidentliyə yaxınlaşması o deməkdir ki, onun çılğınlığı və dünyada zorakılığa təhriketmə cəhdlərinin artması hamımızı risk altında qoyur”, - milyarderin bioqrafı yazıb.
Abramson Ağ Evin hazırkı administrasiyasını “Amerikanı İlon Maskdan qorumaq üçün” təcili tədbirlər görməyə çağırıb.
Xüsusilə, o, milyarderlə bütün müqavilələrə xitam vermək, onun DOGE (Dogecoin – kriptovalyutanın bahalaşması siyasəti) təşəbbüsünü əngəlləmək üçün məhkəməyə müraciət etmək, həmçinin ona qarşı istintaq başlatmaq təklifini irəli sürür.
“Əgər heç bir tədbir görülməsə - və mən heç bir tədbir görülməyəcəyindən şübhələnirəm - bu adamın gələcək illərdə prezident kimi (əgər bu baş verərsə) Amerikaya edəcəyi təkcə onu dəstəkləyənlərin deyil, həm də bu kimi təcili, əsaslı xəbərdarlıqlara məhəl qoymayanların başına ələnəcək”, - İlon Maskın bioqrafı vurğulayıb.