Abramyan: Bakı çox böyük oyuna başlayıb

07.10.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi səylərində ardıcıldır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni siyasi analitik Qor Abramyan ABŞ dövlət katibi Marko Rubio ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

Söhbət zamanı digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, sülh gündəliyinin təşviqi, etimadın yaradılması və regional sabitliyin gücləndirilməsi üçün atılan addımlar müzakirə olunub.

Abramyan qeyd edib ki, ABŞ sülh prosesindəki yerini qorumağa, boşluğa yer verməməyə çalışır.

Erməni politoloq Qarabağ zəfərindən sonra bölgədə söz sahibinə çevrilən Azərbaycanın daha geniş hədəflərinə də diqqət çəkib:

“Azərbaycan daha böyük oyuna başlayıb və bu, təkcə Ermənistanla bağlı deyil, söhbət regionda aparıcı və diktəedici mövqe tutmaqdan gedir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью