ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə edəcək

30.03.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin 10 il ərzində idxal rüsumlarından əldə etdiyi gəlir təxminən 6 trilyon dollar təşkil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib.

Navarro əlavə edib ki, ABŞ təkcə avtomobil tariflərindən təxminən 100 milyard dollar qazanacaq. O, həmçinin qeyd edib ki, Tramp administrasiyası Amerika avtomobilləri alanlar üçün vergi güzəştləri tətbiq etmək niyyətindədir.

“Tariflər təxminən 600 milyard dollar gəlir gətirəcək, bu, 10 il ərzində təxminən 6 trilyon dollar deməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью