Axar.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ həyata keçirilən layihə çərçivəsində istismardan çıxarılmış 100 ədəd köhnə M60 döyüş tankını Meksika körfəzində batırıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məlumata görə, suya endirilməzdən əvvəl tanklardan yanacaq, yağ, sursat və ətraf mühitə zərər verə biləcək bütün hissələr çıxarılıb. Proses ABŞ-ın aidiyyəti qurumlarının nəzarəti altında həyata keçirilib.
Bildirilib ki, tanklar mərcanlar və digər dəniz orqanizmləri ilə örtülərək balıqlar üçün yeni yaşayış məkanına çevrilmək üçün suya atılıb.
Layihənin dəniz biomüxtəlifliyinin artırılmasına töhfə verəcəyi bildirilib.