ABŞ 130 vətəndaşını İsraildən çıxarıb

03.03.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamenti 130 amerikalı vətəndaşın İsraildən çıxmasına yardım göstərib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi “Fox News”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün əlavə olaraq 100 ABŞ vətəndaşının İsraili tərk etməsi gözlənilir.

Rəsmi əlavə edib ki, hazırda qurum İsraildən çıxışı təşkil etmək üçün təxminən 500 amerikalı ilə birbaşa əlaqə saxlayır və onlara yardım göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью