ABŞ 131 miqrantı Özbəkistana deportasiya edib

30.04.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ hakimiyyəti ölkədə qanunsuz məskunlaşan və Mərkəzi Asiyadan olan 130-dan çox miqrantı Özbəkistana deportasiya edib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yazılı açıqlamasında deyilir.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan sakinləri aprelin 30-da deportasiya ediliblər.

“Biz qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin edilməsi səylərində Özbəkistanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”, - açıqlamada bildirilir.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью