Icma.az, Redaktor.az saytına istinadən bildirir.
2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Redaktor.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəliblər
Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.
Oyunda hesabı ABŞ millisi açıb. İlk hissənin son dəqiqəsində Folarin Baloqun komandasını önə keçirib.
Baloqun ikinci hissədə mənfi mənada fərqlənib. 64-cü dəqiqədə qırmızı vərəqə alan futbolçu komandasımı 1 nəfər azlıqda qoyub.
Buna baxmayaraq amerikalılar daha bir qol vurmağı bacarıblar. 82-ci dəqiqədə Tilman cəribə zərbəsindən baxımlı qola imza atıb. Görüş bu hesabla başa çatıb: 2:0.
Bu nəticədən sonra ABŞ millisi növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, ABŞ 1/8 finalda Belçika ilə qarşılaşacaq.
DÇ-2026
1/16 final
2 iyul
04:00. ABŞ – Bosniya və Herseqovina 2:0
Qol: F. Baloqun, 45, Tilman, 82
Qırmızı vərəqə: F. Baloqun, 64
ABŞ: Friz, Frimen, Riçards, Rim, Robinson, Tillman, Adams, Dest, Makkenni, Pulişiç, Baloqun
Bosniya və Herseqovina: Vasili, Muharemoviç, Radeljiç, Katiç, Kolaşinaç, Şuniç, Qiqoviç, Dediç, Alaybegoviç, Demiroviç, Dzeko